Gələn il "Şahdəniz"in dərin hissələrində kəşfiyyat işlərinə başlanılması planlaşdırılır

30.05.2019 13:27     Ecoreaksiya     1105

BP şirkəti gələn il "Şahdəniz" yatağının dərin perspektiv strukturlarında kəşfiyyat qazma işlərinə başlamağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns Bakıda keçirilən 26-cı Xəzər Neft və Qaz Konfransında bildirib.

"Şahdəniz" yatağının dərin perspektiv strukturlarını qiymətləndirmək üçün gələn il bir sıra kəşfiyyat işləri planlaşdırırıq. Bu, mövcud işlənilən "Şahdəniz" yatağının altında yerləşən əlverişli qaz perspektiv strukturudur. Orada ehtiyatların potensialı trilyonlarla kubfut həcmindədir. 2020-ci ildə burada qazma işlərinə başlanılması planlaşdırılır", - o qeyd edib. 

O vurğulayıb ki, BP-nin Xəzər dənizində kəşfiyyat işləri üzrə strategiyası qlobal bazarda rəqabət qabiliyyətli ola biləcək əhəmiyyətli dərəcədə üstün neft və qaz imkanları təmin etməkdir.

Regional prezident bu il "Şəfəq-Asiman"da birinci kəşfiyyat qazma işlərinin başlanacağını bildirib: "Şəfəq-Asiman" böyük qaz və kondensat perspektiv strukturudur. Hesab edirik ki, buradakı nəticələr uğurlu olarsa, o, miqyasına görə "Şahdəniz" yatağı qədər ola bilər".

Q.Cons neftin əlverişli zonada yerləşdiyi Abşeron yarımadasının dayazsulu sahəsində də seysmik tədqiqat işlərininin artıq başa çatdığını və növbəti iki il ərzində seçilmiş üç perspektiv sahədə üç kəşfiyyat quyusu qazılmasının planlaşdırıldığını qeyd edib.

"Xərclərinin nisbətən aşağı olması və yerli infrastruktura yaxın yerləşməsi səbəbindən Abşeron yarımadasının dayazsulu sahəsində neftin əlverişli olduğu hesab edilir. D230 bloku bizim üçün Xəzər dənizində digər bir kəşfiyyat sahəsidir. Bu blok AÇG yatağının şimalında yerləşən böyük və əlverişli neft imkanı təmin edir. BP və SOCAR 2018-ci ildə bu sahənin birgə kəşfiyyatı və işlənməsi üçün 25 illik hasilatın pay bölgüsü haqqında saziş imzalayıb", - BP-nin regional prezidenti bildirib.

Onun sözlərinə görə, bu il həmin sahədə kəşfiyyat aparılmalı potensial strukturları müəyyənləşdirmək üçün seysmik tədqiqat aparmağı planlaşdırılır və tədqiqatın nəticələri uğurlu olarsa, tez bir zamanda, yəni növbəti il artıq quyunun qazılması nəzərdə tutulur.

"Biz inanırıq ki, bu sahə AÇG yatağının işlənməsindən bu vaxtadək Azərbaycanda ən böyük neft işlənməsi ola bilər", - Q.Cons bildirdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar