OPEC+in Monitorinq Komitəsinin növbəti iclası dekabrın 4-də Vyanada keçiriləcək
12.09.2019 16:22 Ecoreaksiya 1134
OPEC+ Nazirlərin Monitorinq Komitəsinin (JMMC) növbəti iclası dekabrın 4-də Vyanada keçiriləcək.
Bu barədə bugünkü iclasın yekununda qəbul edilən kommünikedə deyilir.
Qeyd olunur ki, neft hasilatının azaldılmasına dair sazişdə iştirak edən OPEC+ ölkələri 2019-cu ilin avqustunda öhdəliklərini 136% həcmində yerinə yetirib. Bu göstərici iyul ayında 159% olmuşdu. İlin sonuna qədər hasilatın azaldılması öhdəliklərinin 100% səviyyəsinə çatdırılması tövsiyə edilib.
Şərhlər