Çində son 24 saatda ikinci devalvasiya
12.08.2015 14:27 Ecoreaksiya 2468
Çinin Mərkəzi Bankı son 24 saat içində ikinci dəfə devalvasiyaya gedərək yuanın dəyərini dolların qarşısında aşağı salıb. Dünənki 1.9% eniş ilə yuan dollar qarşısında son 20 ilin ən böyük gündəlik devalvasiyasını yaşayıb. Ölkədəki iqtisadi durğunluq davam edir, inkişafla bağlı narahatlıqlar isə artır.
Yuanın son dörd ilin ən aşağı səviyyəsinə çəkib aparan bu addım, Asiya bazarları başda olmaqla qlobal bazarlarda da itkilərə səbəb olub.
Asiya pul vahidlərinin dollara qarşı dəyərini göstərən Bloomberg JPMorgan Asiya Dollar indeksi isə bu gün də 0.9% düşüb.
İndeks, iki gündə 2.4% dəyər itirərək son 20 ilin ən aşağı səviyyəsində qərarlaşıb.
Şərhlər