Kazaklar Putinin şəkli olan pullar kəsiblər

12.08.2015 14:42     Ecoreaksiya     2686

Rusiyanın Sankt Peterburqda fəaliyyət göstərən Ortodoks Kazaklar Birliyi(İRBİS) üstündə Rusiya Prezidenti Vladimir Putinin şəklinin olan kağız pullar basdı.

Reaksiya.az - ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Kazaklar bir həftədir öz çıxardıqları "pullarla" yaşayır. 2 milyondan çox kağız pul basan Kazakların "valyutası" belə sıralanır: 1 GROS (100 rubl), 1 qızıl (min rubl) və 1 başlıq (10 min rubl).

10 min rubl pulun üzərində Putinin şəkli həkk olunub, 1 qroşun üstündə isə Ortodoks Kazaklar Birliyinin rəhbəri Andrey Polyakovun şəkli var. Kazaklar bu pulları öz birliyi üçün nəzərdə tutduqlarını açıqlayıblar.

Hadisənin mətbuatda dərc olunmasından sonra Rusiya prokurorluğu tərəfindən istintaq başlayıb.

May ayında isə Kazaklar Birliyi, St.Peterburqun 20 kilometrliyində Aqalatovo kəndində Rusiya prezidenti Vladimir Putinin Roma İmperatoru formasında abidəsinin açılışını etmişdilər.

Şərhlər

Çox oxunanlar