Gürcüstan Azərbaycandan idxalı azaldıb

19.11.2019 13:47     Ecoreaksiya     967

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 427 mln. 466,1 min dollar dəyərində məhsul idxal edib.

“Report”un Gürcüsan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycana idxalında 5,8% azalma qeydə alınıb.

Azərbaycanın qonşu ölkənin ümumi idxalındakı payı 5,8% təşkil edib.

Bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstanın Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.

Reaksiya.az

Şərhlər