Yuanın devalvasiyası amerikalı siyasətçiləri narahat edib

12.08.2015 19:00     Ecoreaksiya     2421

Çin Mərkəz Bankının ikinci dəfə verdiyi devalvasiya qərarı, yuanın Amerika dolları qarşısında 1,9% nisbətində dəyər itirməsinə gətirib çıxarıb. Ancaq “Washington Post” qəzetində Ana Swansonın xəbərinə görə, Çin Mərkəz Bankının bu qərarı amerikalı siyasətçilər tərəfindən narahatlıqla qarşılanıb. Narahatlığın səbəbi isə, Çinin yerli sənayesini qazancını artırmaq məqsədi ilə pul vahidinin dəyərini aşağı səviyyədə buraxmaqla bağlı uydurduğu ssenarilər var.

Çünki yuanın dəyərini itirməsi ABŞ-dan gələn idxal məhsullarının qiymətinin yüksəlməsinə, Çin mallarının isə nisbətən ucuz idxal edilməsinə səbəb ola bilər. “Apple” kimi ABŞ mənşəli məşhur məhsulların yerini nisbətən daha ucuz məhsulların alması ilə davam edəcək belə bir hal, stabilləşməkdə olan amerikan iqtisadiyyatına ciddi zərbə vura bilər.

Pekinin bu qərarını tənqid edən adlardan biri də senator Çarlz E. Schumerdir. Çinin illər boyunca hiyləgərlik etdiyini və pul vahidi ilə oynadığını bildirən Schumerin fikrincə, Pekin hökuməti rəhbərliyini dəyişdirmək yerinə sanksiyanı iki qatına çıxarmağa çalışır.

Demokrat Partiyadan ABŞ prezidentliyinə namizəd olan Donald Trump isə bildirir ki, ABŞ – ı məhv edirlər: “Yuanda böyük bir fasilə yaradırlar və bu bizim üçün dağıdıcı olacaq".

Şərhlər