Elman Rüstəmov dollarla bağlı əhaliyə müraciət etdi

11.03.2020 13:42     Ecoreaksiya     5839

Son günlər dünya bazarında neftin qiymətinin düşməsindən sonra Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı əhali arasında yaranan ajortajla bağlı  Mərkəzi Bankın sədri Elman Rüstəmov münasibət bildirib.
 
Qaynarinfo xəbər verir ki, E.Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda bütün tədbirlərdən istifadə olunur ki, dolların məzənnəsi yüksəlməsin: "Martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. Bu gün də iclas davam etdiriləcək. Mən əhalini təmkinli olmağa çağırıram". 
 

Şərhlər

Çox oxunanlar