Avro bahalaşmaqda davam edir
13.08.2015 09:49 Ecoreaksiya 1484
Bu gün avqustun 12-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
Reaksiya.az "APA-Economics"in məlumatına əsasən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 13-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0, 0004 manat və ya 0,04% ucuzlaşaraq 1,0485 manat səviyyəsində qalıb.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0083 manat və ya 0,72% artaraq 1,1684 manat olub.
Şərhlər