BP Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirməni 33% artırıb
17.06.2020 15:30 Ecoreaksiya 2448
Böyük Britaniyanın BP şirkəti Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirilməsini artırıb.
"APA-Economics"in BP-nin illik icmalına istinadən verdiyi məlumata görə, 2019-cu ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,8 trln. kubmetr təşkil edib ki, bu da 2018-ci ilin sonu ilə müqayisədə 33,3% çoxdur.
Qeyd edək ki, BP-nin qiymətləndirilmələrinə görə, 2018-ci ilin axırına Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,1 trln. kubmetr təşkil edirdi.
Hesabata əsasən, 2019-cu ilin sonuna dünyada təsdiq olunmuş qaz ehtiyatları 198,8 trln. kubmetr təşkil edib (Azərbaycanın payı – 1,4%), bu da 0,86%-lik artım deməkdir.
Xatırladaq ki, BP şirkəti Azərbaycanda bir sıra neft-qaz layihələrin aktiv iştirakçısıdır. Belə ki, şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunun və "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi layihələrində iştirak edir.
Şərhlər