Azərbaycanlı səyahətçilərə Britaniyadan maraqlı təklif

13.08.2015 11:41     Ecoreaksiya     1656

“British Airways” Azərbaycandan olan səyahətçilərə 21-ci əsrdə ziyarət ediləcək Britaniyanın əsas görməli yerlərinin siyahısını təqdim edir.

Reaksiya.az saytı Trend-ə istinadən xəbər verir ki, “British Airways”in “High Life” jurnalı oxucular arasında üç ay ərzində keçirilən sorğu nəticələrinə uyğun olaraq 21-ci əsrdə Böyük Britaniyanı xarakterizə edən başlıca səyahət obyektlərinin adını açıqlayıb. Sorğu çərçivəsində oxucular Birləşmiş Krallığı özündə təcəssüm etdirən həm tarixi, həm də müasir tikililəri sadalayıblar.

Azərbaycanlı turistlər Bakıdan Londonun Hitrou hava limanına həftədə altı dəfə həyata keçirilən uçuşlardan faydalanaraq 21-ci əsrin əsas görməli məkanları siyahısından seçim etməklə Birləşmiş Krallığa səfərlərini planlaşdıra bilərlər.

Britaniya üfüqünü xarakterizə edən ən əsas səyahət məkanı kimi Kornuol qraflığında yerləşən “The Eden Project” (“Cənnət bağları”) seçilib. Burada istifadəsiz Çin gili karxanalarının yerində 21-ci əsr üslublu nəbatat bağı tikilib.

Liderdən cüzi fərqlə geri qalan “Angel of the North” (“Şimal mələyi”) adlı memarlıq nümunəsi sorğu çərçivəsində 2,000 səs toplayıb. “Millennium Bridge”, “Grizedale Forest Sculpture Park” və “Edinburg Castle” daxil olmaqla Birləşmiş Krallığın ərazisində yerləşən ümumilikdə 150 obyekt ictimaiyyət tərəfindən seçilib. 21 əsas görməli yerin tam siyahısı ilə highlife.ba.com səhifəsində tanış ola bilərsiniz.

“Glastonbury’s Pyramid Stag” (Piramida formalı konsert səhnəsi), Stounhenc və “Shard” göydələninin də yer aldığı 21-ci əsrdə Britaniyanı özündə təcəssüm etdirən görkəmli obyektlərin müəyyənləşdirilməsi prosesi Britaniyanın üfüqlərini görünməmiş sürətlə genişləndirir. Seçilmiş 21 finalçı Britaniya irsinin müasir dövrdə kreativ enerji ilə təzahürüdür”, - deyə “High Life” jurnalının redaktoru Kerri Smit bildirib.

Namizədlər daha sonra Britaniya Memarlığı Kral İnstitutunun (“RIBA”) prezidenti Stefen Hodder, Londonun “Whitechapel” qalereyasının direktoru Ivona Blazvik, “RIBA Worldwide” və Vətəndaş inamı (“Civic Trust”) mükafatlarının laureatı memar Vil Alsop, “BBC” və “ITV” kanallarının müxbiri Culiya Bredberi və “High Life” dərgisinin redaktoru Kerri Smitin də yer aldığı xüsusi mütəxəssislər qrupu tərəfindən daha bir seçim mərhələsindən keçib.

“Eden”in 21-ci əsr Britaniyasının ən uyğun təzahürü adlandırılması inanılmazıdır. Belə ki, burada geniş seçim imkanları mövcuddur və görünür ki, dünyanın yaradıcı paytaxtı olan Britaniya yüksək standartlar müəyyənləşdirib. Britaniya memarlığı həm ölkədə, həm də ölkədən kənarda çiçəklənmə dövrünü yaşamaqda davam edir. “Grimshaw” memarları və onların işçi heyəti möhtəşəm şəkildə arzularımızı reallığa çevirir”, - “Eden” layihəsinin həmtəsisçisi Ser Tim Smit bildirib.

Qeyd edək ki, “British Airways”in Londona olan uçuşlarının tam cədvəli və digər məlumatları ba.com saytından əldə etmək olar. Burada müştərilər ən ucuz qiymətlərlə tanış ola, sifariş, ödəniş və digər xidmətlərdən faydalana bilərlər.

“British Airways” haqqında:

- “British Airways” 9-u İngiltərə, 97 Avropa və 82 dünyanın digər istiqamətlərinə olmaqla 188 istiqamətdə uçuşlar həyata keçirir.
- Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
- Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir.
- Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır.
- “British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir.
- “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır .
- “British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb.

Şərhlər