Rusiya Qərblə ərzaq müharibəsində

13.08.2015 12:33     Ecoreaksiya     2452

Norveçin “VG” qəzetinin internet saytında yayımlanan görüntülər, Rusiyanın Qərb ilə ərzaq müharibəsini artırdığını ortaya qoyub.

Reaksiya.az xəbər verir ki,Ukraynadakı hadisələr səbəbi ilə Qərbin tətbiq etdiyi embarqoya qarşılıq verən Rusiya, tonlarla meyvə, tərəvəz və əti məhv etməyə başlayıb.

Görüntülərdə Danimarkadan Rusiyaya ixrac edilən donuz ətləri də görünür. Rus səlahiyyətli Andrey Palçikov, məhv edilən malların Rusiyaya qarşı embarqonu dəstəkləyən ölkələrdən idxal edildiyini bildirərək: “Paketlərdə istehsal və son istifadə etmə tarixləri yoxdur. Xalq sağlamlığı üçün təhlükəli olduğundan məhv edirik”-deyib.

Ancaq Danimarkadan idxal edilən donuz sı paketlərində etiket olduğu görünür. Görüntülərdə 300 ton çiyin basdırmasının sobada bişirilməsinə də yer verilir.

Türkiyədə ət qiymətləri müzakirə edilərkən, Rusiyanın tonlarla əti məhv etməsinin Türkiyədəki ət idxalçılarını hərəkətə gətirəcəyi söylənilir.

Şərhlər