ÜDM-nin həcmi açıqlandı - Hesabat

13.08.2015 13:50     Ecoreaksiya     1711

2015-ci il yanvar-iyul aylarında ölkədə ÜDM həcmi 32,1 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.

Reaksiya.az xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektoru ötən ilin analoji dövrü ilə müqayisədə 9 faiz artıb. Sektorun ölkənin ÜDM-dəki payı 68 faiz təşkil edib. Neft və qaz hasilatı və emalı sahəsində əlavə dəyər istehsalının həcmi ötən illə müqayisədə 1 faiz artıb.

Yanvar-iyul aylarında ölkədə yaradılan ÜDM-nin 35 faizi sənayedə, 13,6 faizi tikintidə, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və ovçuluqda formalaşıb.

Məhsula təmiz vergi və idxal ÜDM-nin 8,1 faizini təşkil edib.

Ümumi məhsulun 37,3 faizi (8 milyard manat) xidmət sahəsində formalaşıb.

Şərhlər