Neft bazarında canlanma: qiymətlər artacaq

16.09.2020 19:27     Ecoreaksiya     1011

2021-ci ilə qədər qlobal neft bazarında cüzi canlanma müşahidə ediləcək.

Reaksiya.az xəbər verir ki, bu sözləri OPEK-in Baş katibi Məhəmməd Sanusi Barkindo sentyabrın 16-da OPEK-ə üzv və kartelə üzv olmayan ölkələrin (OPEK+) Birgə Texniki Komitəsinin (JTC) videokonfrans formatında keçirilən 44-cü iclasında deyib.

“Bu, tələbat artımı gözləntiləri ilə əlaqələndirilir və “Əməkdaşlıq Bəyannaməsi” üzrə istehsal kvotalarına düzəlişlərlə dəstəklənir”, - deyə o bildirib.

OPEK-in baş katibi mövcud problemlər qarşısında səbir göstərməyi məsləhət bilib.

“Yadda saxlamalıyıq ki, bərpa prosesi iqtisadiyyatın və xüsusilə də neft bazarının cari il yaşadığı tənəzzül qədər sürətli olmayacaq. Qeyri-müəyyənliyi nəzərə alaraq, sayıq qalmalıyıq”, - deyə M.Barkindo vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar