Qızıl ucuzlaşdı
14.08.2015 09:12 Ecoreaksiya 1703
Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 17 408,25 bəndədək artıb, NASDAQ 0,21% - 5 033,56 bəndədək, S&P 500 0,13% - 2 083,39 bəndədək azalıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,04% - 6 568,33 bəndədək azalıb, Fransa CAC-40-ı 1,25% - 4 986,85 bəndədək, Almaniya DAX-ı 0,82% - 11 014,63 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 2,70 dollar azalaraq 1 113,83 dollara, gümüş isə 0,01 dollar azalaraq 15,39 dollara satılıb.
Şərhlər