Meşə fondu topraqlarında qanunsuz tikililər sökülür

14.08.2015 12:27     Ecoreaksiya     2449

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları tərəfindən meşə fondu topraqlarında qanunsuz tikililərin sökülməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə bir proses Qubanın Qəçreş meşəsində baş tutub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Salmanovun Reaksiya.az-a verdiyi məlumata görə, Qəşreş meşəsində vətəndaş Faiq Mirzəliyev 2,7 hektar sahəni qanunsuz zəbt edərək, orada 6 ədəd kotej tikib. O, həmçinin sənədləri də saxtalaşdıraraq, ərazini bələdiyyə mülkiyyəti kimi göstərib. Qurum rəsmisi bildirib ki, hazırda respublika ərazisində 4000 hektara yaxın ərazi vətəndaşlar tərəfindən qanunsuz şəkildə zəbt edilib. Onun sözlərinə görə, tezliklə həmin şəxslərə qarşı ciddi tədbirlər görülücək. Qeyd edək ki, son iki ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları tərəfindən meşə fondu torpaqlarında qanunsuz olaraq tikilən 60-dan çox obyekt sökülüb. Hazırda bu istiqamətdə proses davam etdirilir.

Şərhlər