Azərbaycan nefti ucuzlaşıb

08.10.2020 15:16     Ecoreaksiya     575

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 7-də 40,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel azdır.

Reaksiya.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,19 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,88 dollar/barel azdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar