#PrayForGanja həştəqi trendə düşdü
12.10.2020 11:24 Ecoreaksiya 764
Erməni silahlı qüvvələrinin Ermənistanın Vardenis şəhərindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mülki əhalisini raket atəşinə tutması ilə bağlı sosial şəbəkələrdə başladılan kampaniya çərçivəsində paylaşımlar bir milyonu keçib.
Reaksiya.az xəbər verir ki, oktyabrın 11-i gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket yaşayış binasını tamamilə dağıdıb. Nəticədə 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
İnsanlar bu paylaşımlarında beynəlxalq təşkilatlara və beynəlxalq ictimaiyyətə erməni vandalizminə və Ermənistanın dövlət terroruna son qoymağa çağırış edib.
Reaksiya.az
Şərhlər