Kreditləri poçtla ödəmək mümkün olacaq - YENİLİK

15.08.2015 00:02     Ecoreaksiya     2309

Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC tərəfindən kreditləşmə xidmətlərinin genişləndirilməsi məsələsi işçi qaydada Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Mərkəzi Bank tərəfindən nəzərdən keçirilir.

Reaksiya.az xəbər ki, bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov deyib.

O bildirib ki, layihənin reallaşdırılması üçün adıçəkilən dövlət qurumlarının dəstəyi mühüm əhəmiyyət daşıyır: “Hazırda poçt operatoru tərəfindən kreditləşmə xidmətlərinin göstərilməsi məsələsi ilə bağlı müəyyən təkliflər planı hazırlanır. Son təkliflər işlənib hazırlanandan sonra layihə hökumətə təqdim ediləcək”.

Şərhlər