SOCAR səhmlərinin bir hissəsini satıb

15.08.2015 00:55     Ecoreaksiya     2052

"SOCAR Turkey Energy" şirkəti "Petkim Holding"dəki səhm paketinin 13%-ni satıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə "SOCAR Turkey Energy"nin rəhbəri Kənan Yavuz bildirib.


Onun sözlərinə görə, əqdin dəyəri 1,3 mlrd. ABŞ dolları təşkil edib. 


K. Yavuz bildirib ki, "SOCAR Turkey Energy"nin səhmlərinin 13%-i "Goldman Sachs International" investisiya şirkətinə satılıb. Adıçəkilən şirkət ABŞ-ın "Goldman Sachs" və "JP Morgan" bankları tərəfindən yaradılıb.

 

 

Şərhlər