Qatarla Bakıdan Sumqayıta - 1 ay qaldı
15.08.2015 14:56 Ecoreaksiya 2196
Xəbər verildiyi kimi, Bakı-Sumqayıt sürət qatarının istifadəyə verilməsi istiqamətində başlayan təmir-tikinti işləri davam etdirilir. Sürət qatarının sentyabr ayının 15-də xəttə buraxılacağı ehtimal olunur.
“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Reaksiya.az-a yekun işlərlə bağlı açıqlama verib:
“Hazırda cədvəl və sərnişin sıxlığı müəyyənləşdirilir. Tarif Şurasına gediş qiymətləri ilə bağlı müraciət edilib. Qatar xəttə buraxılana qədər qiymətlər də dəqiqləşdiriləcək. Stansiyalarda son tamamlanma işləri həyata keçirilir. Çalışırıq ki, qatar sentyabrın 15-nə kimi Bakı-Sumqayıt arasında işləyə bilsin. Dayanacaqlar da artıq müəyyənləşdirilib. Qatar Bakı sərnişin stansiyası, Keşlə, Biləcəri, Xırdalan, Güzdək və Sumqayıt dayanacaqlarından keçəcək”.
Şərhlər