Çinin hədəfi, yavaşlayan iqtisadiyyatını canlandırmaqdır - TƏHLİL

15.08.2015 15:47     Ecoreaksiya     2221

Çinin devalvasiya qərarını qiymətləndirən Türkiyənin İMC TV telekanalının iqtisadiyyat redaktoru Gülşah Karadağ Çinin valyuta məzənnəsinə müdaxiləsinin ABŞ və Avropanın inkişaf etmiş iqtisadiyyatlarına ciddi bir ziyan vermə potensialı olduğunu ifadə edib.

Çin Mərkəz Bankı, ard arda devalvasiya qərarları alaraq milli pul vahidi yuanın dollar qarşısındakı dəyərini aşağı salıb. Reaksiya.az – a açıqlamasında ekspert bildirib ki, Çinin aldığı devalvasiya qərarlarının əsas məqsədi yavaşlayan iqtisadiyyatını canlandırmaqdır: "Çin sabit məzənnə rejimi tətbiq edir. Onsuz da devalvasiyaya icazə verən şey də bu sabit məzənnə rejimidir. Çinin təxminən iki trilyon dollarlıq bir ixracat rəqəmi var. Dünyanın ən çox ixrac edən ölkəsidir. Ucuz istehsal sayəsində də bu ixracat rəqabətini qoruyan bir ölkədir".

Çinin devalvasiyası dünyaya təsir edəcək

Bu devalvasiyanın ABŞ və Avropanın inkişaf etmiş iqtisadiyyatlarına ciddi bir ziyan vermə potensialı olduğunu düşünən Karadağ vəziyyəti belə açıqlayıb:

"İnkişaf etmiş ölkələr Çinlə ciddi bir şəkildə ticarətlə məşğul olurlar. Devalvasiya ilə bu idxalatın xərci düşəcək. İnflyasiya səviyyəsinin onsuz da olduqca aşağı olduğu inkişaf etmiş ölkələrdə, inflyasiya riski ilə qarşı-qarşıya qalınacaq".

Kurs savaşları başlayacaq

"İnkişaf etmiş ölkələr bunun qarşılığında yenidən pul istehsal etmək ya da pul vahidlərinin dəyərini salma kimi bir addım atarsa ​​kurs müharibələri başlayacaq" - deyən Karadağ keçən ay qurulan BRİCS İnkişaf Bankına işarə edərək bunları deyib:

"Yeni bir inkişaf bankının meydana gəlməsi, inkişaf etmiş ölkələri qorxudur və o bölgədəki iqtisadçıları narahat edir. BRİCS İnkişaf Bankı 100 milyard dollarlıq bir sərmayə ilə qurulub. Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankına rəqib ola biləcək bir gücdə banka doğru dəyişiklik ehtimalı var”.

Şərhlər