Azalma il sonunda dayanacaq
15.08.2015 17:08 Ecoreaksiya 2439
Rusiyanın kredit reytinqini aşağı salan “Moody’s” şirkəti proqnoz verib. Reaksiya.az xəbər verir ki, beynəlxalq reytinq dərəcələri müəyyənləşdirmə təşkilatı Rusiyanın iqtisadiyyatdakı yavaşlamanın dərinləşmə mərhələsində olduğunu, ancaq il sonuna doğru əyləcə basacağını bildirib.
“Moody’s” hesabatında qeyd edib ki, Rusiya iqtisadiyyatındakı yavaşlamanın əsas səbəbi neft qiymətlərinin düşməsi ilə əlaqədar rublun düşməsidir. Bu il üçün iqtisadiyyatdakı ümumi azalmanın isə 3% olacağı təxmin edilir.
“Moody’s” –in hesabatındakı yeganə "müsbət" sayıla biləcək proqnoz isə iqtisadiyyatdakı yavaşlamanın dördüncü rübdə dayanacağı, hətta il sonuna doğru az da olsa, irəliləyəcəyini qeyd etməsidir.
Şirkət 2016-cı ildə Rusiya iqtisadiyyatında böyümənin olmayacağını nəzərdə tutur. Yavaşlamanın səbəbi olaraq isə istehlakın və şirkətlərin investisiyalarının düşməsi ilə beynəlxalq sanksiyalar göstərilir.
2020-ci ilə qədər sanksiyaların iqtisadiyyata təsirinin Ümumi Daxili Məhsulun 1-1,5%-i qədər olması gözlənilir.
Qeyd edək kli, Rusiyanın rəsmi məlumatlarına görə ölkə iqtisadiyyatı bu ilin ilk rübündə 2,2% , ikinci rübdə isə proqnozlaşdırılandan da çox 4,6% azalıb. Hazırda “Moody’s” –in Rusiya üçün verdiyi reytinq Ba1 və "mənfi proqnoz" dur.
Şərhlər