"İstəyirik ki, bank faizləri birrəqəmli olsun" - Elman Rüstəmov

09.12.2020 15:10     Ecoreaksiya     974

"Azərbaycandakı banklarda faizlərin aşağı salınması məsələsi bizi də düşündürür. İstəyirik ki, ölkədə birrəqəmli faizlər olsun".
 
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
 
Mərkəzi Bankın sədri bildirib ki, bu gün formalaşan faizlərin arxasında çox ciddi obyektiv reallıqlar var: "Əmanət faizləri əsas bankların resurslarıdır. Xərc baxımından, təklif baxımından bu faizlər yuxarıdır. Bu gəlirlilik, risk amilləri ilə bağlıdır. Biz ilk növbədə risk amillərini aşağı salmalıyıq".
 

Şərhlər

Çox oxunanlar