Pandemiyanın yarada biləcəyi böhranın qarşısı alınıb - Samir Şərifov
23.12.2020 11:47 Ecoreaksiya 621
Hökumətin gördüyü məqsədyönlü tədbirlər nəticəsində koronavirus pandemiyasının yarada biləcəyi böhranın qarşısı alınıb.
Reaksiya.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 2021-ci ilin dövlət büdcəsində pandemiyaya qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, xalqın rifahının təmin edilməsi, işğal edilmiş ərazilərdə nəzərdə tutulan tədbirlər, dövlət sərhədlərinin bərpa edilməsi və digər xərclər nəzərə alınıb.
S.Şərifov bildirib ki, büdcə Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək istiqamətində tədbirlər nəzərə alınmaqla tərtib edilib.(Trend)
Şərhlər