Macarıstan, Türk Axını və TANAP - da yer almaq istəyir
06.06.2015 15:50 Ecoreaksiya 1351
İstifadə etdiyi təbii qazın 80% - ni Ukraynadan Rusiyadan alan Macarıstan, tədarükünü kəsilməz və etibarlı hala gətirmək məqsədi ilə "Türk axımı" və "TANAP" layihələrində iştirak etmək istəyir.
Anadolu Agentliyinin xəbərinə görə, Avropa Birliyinin Rusiya ilə bağlı sanksiyaları və Rusiyanın Ukrayna üzərindən göndərdiyi qazı kəsməsindən sonra, Macarıstan, təbii qaz təminatını zəmanət altına almaq üçün alternativ layihələrə yönəlib.
Rus qazını Avropaya daşıyacaq Cənubi Axın layihəsinin ləğv edilməsinin ardından, Rusiya prezidenti Vladimir Putin rus qazını Avropaya Türkiyə üzərindən daşıyacaq bir boru xətti çəkiləcəyini açıqlayıb. Avropa Birliyinin etiraz etməsinə baxmayaraq, Cənub Axını layihəsinə dəstək verən Macarıstan, layihənin ləğv edilməsindən sonra çəkiləcək 63 milyard kubmetr həcmindəki "Türk Axını" layihəsinə daxil olmaq istədiyini bildirmişdi.
Macarıstan Baş naziri Viktor Orban və Putinin fevralda reallaşdırdıqları görüşdə, Orban, Rusiya olmadan Avropa Birliyinin qaz tədarükünün etibarlı olmayacağını ifadə etmişdi. Orban ayrıca, Avropa bazarının Rusiya olmadan rəqabətədavamlı hala gəlməyəcəyini və Rusiyaya tətbiq olunan sanksiyaların bir an əvvəl sonlandırılmalı olduğunu bildirmişdi.
Şərhlər