Rusiyada böyük mağazalar bağlanır

16.08.2015 11:03     Ecoreaksiya     2746

İqtisadi böhran nəticəsində insanların  tələbatının azalması geyim sektorunda bir çox nəhəng mağazaların bağlanmasına səbəb olur.

Reaksiya.az xəbər verir ki, son olaraq İspaniyanın məşhur markası “Desigual” Rusiyadakı səkkiz mağazasını bağlamağa qərar verib. Hazırda “Desigual” mağazalarından beşi bağlanıb.  “Moskva Afimall”, “Metroplis AVM” və Sankt-Peterburqdakı  son üç mağaza da sentyabra qədər bağlanacaq.

Keçən il başlayan böhranla  məşhur brendlərin Rusiya bazarından çəkilmə qərarına yenisi də əlavə olunub. Bu günə qədər mağazalarını bağlayanlar arasında “New Look”, “Esprit”, “OVS”, “River Island”, “Lindex” və “Seppala” kimi markalar var.

RBK və Vedomostinin xəbərlərinə görə, Rusiyada pərakəndə satış sektorunda yeni "qapanma dalğası"nın payızda başlaması gözlənilir. “Adidas” brendi ilin sonuna kimi 200-ə qədər mağazasını bağlamağa hazırlaşır.

Y-consulting tərəfindən may ayında dərc olunan bir araşdırmaya görə, Rusiyada paltar və ayaqqabı satışları cari ilin ilk rübündə  məhsullarda  42%, dövriyyədə isə 19% azalma müşahidə olunub. İkinci rübün əvvəlində rublun sabitliyinə baxmayaraq azalma məhsulda  53%, dövriyyədə 21% kimi göstərilib.

Qeyd edək ki, ekspertlər zəif keçən yaz mövsümündən sonra artıq maliyyə gücü qalmayan bir çox mağazanın il sonuna qədər bağlanmasının gözləndiyini vurğulayıb.

Şərhlər