Füzuli aeroportu niyə bu qədər önəmlidir? - Deputat

06.01.2021 13:14     Ecoreaksiya     998

Füzuli rayonunda beynəlxalq aeroportun tikintisi və gələcəkdə istifadəyə verilməsi həm işğaldan azad olunmuş ərazilərimizə, həm də digər bölgələrimizə əcnəbi turistlərin daha tez və rahat şəkildə gəlməsini təmin edəcək.

Bu sözləri Axar.az-a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Prezident İlham Əliyevin Füzuli aeroportunun tikilməsi ilə bağlı göstəriş verməsi haqda danışarkən deyib.

O xatırladıb ki, işğaldan azad edilən ərazilərimizin yenidən qurulması 2021-ci ilin prioritet məsələlərindən biridir:

“Şuşa cənab Prezident tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Gözlənilir ki, Şuşa şəhəri daxil olmaqla, Yuxarı Qarabağ bölgəsinə gələn turistlərin sayında ciddi artım olsun. Turistlərin Şuşa şəhərinə gəlməsi üçün beynəlxalq aeroporta ehtiyac var. Qarabağın füsunkar gözəlliklərini seyr etmək istəyənlər artıq paytaxta deyil, birbaşa Füzuli aeroportuna gələcək.

Füzuli aeroportunun işğaldan azad edilən ərazilərimizin yenidən qurulması istiqamətində də töhfələri olacaq. Nəzərə almaq lazımdır ki, Füzuli Qarabağ üçün logistik əhəmiyyətə malik olacaq. İşğaldan azad edilən digər ərazilərimizə gedəcək yollar da məhz buradan keçəcək”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar