Neft müəyyən ölkələr üçün təhdidlər formalaşdırır - Samir Şərifov

08.06.2021 13:01     Ecoreaksiya     530

“Ötən il ÜDM-nin 5% azalacağı nəzərdə tutulmuşdu. Lakin hökumətin gördüyü dəstək tədbirləri, Dövlət Neft fondundan ayrılmalar hesabına bu azalmanın 4,3% olmasına nail olduq”.

Reaksiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, hökumət bütün sosial öhdəliklərin yerinə yetirilməsinə də nail olub: “Hazırda dünya energetikasında inqilabı dəyişikliklər baş verməkdədir. Ənənəvi enerji mənbələrindən imtina edilərək, yaşıl enerjiyə keçid olunur. Digər tərəfdən, ənənəvi yanacaq növlərindən elektrikə keçid baş verir. Neft müəyyən ölkələr üçün müəyyən təhdidlər formalaşdırmaqdadır. Ölkə iqtisadiyyatı bu çağırışlara da hazır olmalıdır. Bərpa olunan enerjisi alınması üçün artıq xarici investorlarla birlikdə 3 müəssisənin tikilməsinə dair razılıq əldə edilib. Bu çağırışlara cavab vermək üçün hökumətdə işlər aparılır”.

Reaksiya.az

Şərhlər