Vəziyyət kifayət qədər ciddidir - Həkimdən HƏYƏCAN TƏBİLİ
29.06.2021 14:55 Ecoreaksiya 966
Hamımız görürük ki, insanlar virusa yoluxaraq dünyasını dəyişir. Hər kəs öz yaxınlarından kimisə itirib, nə qədər insanlar bu bəladan əziyyət çəkib. Dünya pandemiya ilə üz-üzədir. Vəziyyət kifayət qədər ciddidir.
Reaksiya.az xəbər verir ki, bu fikirləri həkim-cərrah, professor Adil Qeybulla deyib.
O bildirib ki, "delta" ştammı özündə böyük təhlükə ehtiva edir: “Əgər virusun bu növü ölkəmizə yayılarsa, vəziyyətin necə olacağını bilmirik. Bu dərəcədə diqqətsizlik olmaz. İnsanları çaşdıran şəxslər məsuliyyətə cəlb olunmalıdır. "Delta" ştammının təhlükəli olması birmənalıdır. Hindistanda 400 mindən çox insan bu virus səbəbilə dünyasını dəyişib. Neçə milyon insan xəstələnib. Bu gün Rusiya və Türkiyədə də vəziyyət xeyli ciddidir. Britaniyanın "alfa" ştammı, Cənubi Afrikanın "betta" ştammı, Braziliyanın "qamma" ştammı kimi Hindistanın "delta" ştammının yoluxuculuğu yüksəkdir".
Həkimin sözlərinə görə, bu mutant virusun öldürücülük xüsusiyyəti də yüksək hesab olunur: " "Delta plus" ştammını mütəxəssislər araşdırır. Vaksinin virusun bu növünə davamlılığı ilə bağlı birmənalı rəy yoxdur. Buna görə də hazırda karantin tədbirlərinə ciddi riayət etməliyik”
Şərhlər