Rusiya və Çin birlikdə yeni bazar qurur
18.08.2015 04:36 Ecoreaksiya 1918
Amerikalı iqtisadçı Villiam Enqdal qərb banklarının dolları qorumaq üçün qızıl qiymətini sabit saxlamağa çalışdığını, Rusiya və Çinin isə öz qızıl bazarlarını qurmağa başladığını yazır. İqtisadçı journal-neo.org saytında yer alan məqaləsində Amerika Mərkəzi Bankı və İngiltərə bankını uzun müddətdir ki, dolları qorumaq üçün qızıl qiymətini manipulyasiya etməkdə ittiham edildiyini qeyd edir. “Qərbin əsas məqsədi dollar monopoliyasını əlində saxlayıb ABŞ maliyyə sistemini canlandırmaqdır. Lakin monopolistləri heç kim sevməz. Bu variantın Rusiya və Çin kimi inkişaf edən iqtisadiyyatları də məmnun etməsi gözlənilməməlidir. Beləliklə, bu ölkələr qərbə “saxtakarlar!” deyə müraciət edib problem yaratmaq əvəzinə özlərinin idarə edə biləcəyi bazarı qurmaqla məşğuldurlar.” deyir Enqdal. Bu yatırımın Çinin liderlik etdiyi Yeni İpək Yolu layihəsi və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə yaxından əlaqəli olduğunu deyən Enqdal belə davam edir: “İpək Yolu Qızıl Fondu bölgədəki mədən layihələrinə investisiya qoyub üzvlərinin mərkəzi banklarını əllərindəki qızılı artırmağa təşviq edəcək. Çinin burada məqsədi İpək Yolu üzərindəki Avrasiya ölkələrinə pul vahidlərini qızıl ilə dəstəkləmə imkanı verməkdir. Bu da Vaşinqtonun pul vahidi mübarizəsinin xaricində qalan ölkələr qrupunun yaranması deməkdir.
Keçən il 245 ton qızıl istehsal edən Rusiyanın dünyadakı 3-cü böyük qızıl istehsalçısı olduğunu vurğulayan ekspert “ Rusiya liderliyində Avrasiya İqtisadi Birliyi ilə birləşdirilən Yeni İpək Yolu sadəcə enerji və dəmir yolu üçün nəzərdə tutulmayıb. Bu iki sahə gələcəkdə iqtisadiyyatın sinir sistemi rolunu oynayacağını deyib.
Şərhlər