Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 21% artacaq

09.11.2021 12:13     Ecoreaksiya     426

Gələn il Azərbaycanın dövlət büdcəsində gömrük rüsumları üzrə daxilolmaların 1 150 mln manat təşkil edəcəyi gözlənilir.

Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21,1 % çoxdur.

Proqnozun artırılması qeyri-neft sektoru üzrə idxalın və ümumilikdə idxalın artımlar proqnozlaşdırılması ilə bağlıdır.(report)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar