Yaşa görə orta pensiya məbləği artırılır
10.11.2021 12:55 Ecoreaksiya 586
Növbəti ildə yaşa görə əmək pensiyasının orta məbləğinin 358 manatdan 375 manata çatmasını gözləyirik.
Reaksiya.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, cari ilin 10 ayında orta pensiya məbləği 331 manat qiymətləndirilir. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatması gözlənilir.
"Bu da birmənalı olaraq ölkədə həm minimal pensiyaların, həm də aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsi və orta pensiya məbləğinin artırılaraq əhalinin layiqli həyat səviyyəsinin təmin olunması üçün verilən növbəti dəstək tədbiri olacaq". - deyə S.Babayev bildirib.
Şərhlər