Azərbaycanın strateji valyuta ehtiyatları son beş ildə kəskin artıb
11.11.2021 12:00 Ecoreaksiya 649
Son beş ildə (2016-2020-ci illər) Azərbaycanın strateji valyuta ehtiyatları 12,8 mlrd. ABŞ dolları və ya 34,5% artıb.
Bu barədə "APA-Economics" Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üzrə hesabatına istinadən xəbər verir.
Sənəddə qeyd olunur ki, 2016-cı ildə ölkənin strateji valyuta ehtiyatları 37,1 mlrd. dollar təşkil edirdisə, 2020-ci ildə onların həcmi 49,9 mlrd. dollaradək artıb.
Qeyd edək ki, ölkənin strateji valyuta ehtiyatları Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları və Neft Fondunun aktivlərinin məcmusudur.
Hesabata əsasən, 2016-2020-ci illər ərzində ARDNF-nin aktivləri 33,2 mlrd. dollardan 43,6 mlrd. dollaradək yüksəlib (10,4 mlrd. dollar və ya 31,3% artıb).
Hesabat dövründə Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin artımı da müşahidə olunur. Belə ki, 2016-2020-ci illər ərzində AMB-nin valyuta ehtiyatları 4 mlrd. dollardan 6,4 mlrd. dollaradək artıb (2,4 mlrd. dollar və ya 60% artıb)
Şərhlər