“Brent” markalı neftin qiyməti 5%-dən çox artıb

07.12.2021 09:07     Ecoreaksiya     476

Dünya bazarında neft bahalaşır.

“Report” xəbər verir ki, bunu sövdələşmələrin nəticələri göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 23:37-yə olan məlumata görə, “Brent” markalı neftin 2022-ci yanvar fyuçerslərinin qiyməti 5,1 % artaraq bir barelə görə 73,52 ABŞ dollarına, WTI markalı neftin fyuçersləri isə 5,33% artaraq 69,79 dollar/barelə çatıb.

Reaksiya.az

Şərhlər