Avropada təbii qaz xeyli bahalaşıb

13.12.2021 15:33     Ecoreaksiya     483

Londonun “İCE Futures” birjasındakı hərrac zamanı təbii qazın qiyməti son iki ay ərzində ilk dəfə 1300 dollar həddini keçib.

 TTF onlayn qaz satışı mərkəzindəki yanvar fyüçersləri Bakı vaxtı ilə saat 11-ə olan vəziyyətə görə, 1334 USD/1000 kubmetrə çatıb.

Bütövlükdə, cümə günü hərracının sonuna nisbətən qaz 8 faiz bahalaşıb.

Reaksiya.az

Şərhlər