Gürcüstanda yanacağın qiyməti aşağı düşüb

19.08.2015 00:51     Ecoreaksiya     2185

APA-nın məlumatına görə, bu barədə "Lukoyl-Gürcüstan" şirkətinin baş direktorunun müavini Şavleq Mişveladze bildirib. O, yanacağın aşağı düşməsinin səbəbini neftin dünya bazarında aşağı qiymətə satılmasında görür.

"Son 10 gündə biz müxtəlif növlü yanacaq məhsullarının qiymətini aşağı salırıq. Öncə dizel, sonra benzin və digər məhsulların qiymətini 5-6 tetri endirdik," Ş. Mişveladze qeyd edib. Gürcüstanda fəaliyyət göstərən SOCAR Petpolium da benzinin qiymətini bütün satış şəbəkələrində 5 tetri endirib.

Məlumata görə, hazırda SOCAR-ın benzindoldurma məntəqələrində benzin məhsulunun satışı belədir: "Nano-requlyar"-1, 90 lari, "Avro requlyar"-1, 93 lari, "Nano-premium"-2, 04 larri, "Super"-2, 12 lari, "Nano-dizel"-1, 87 lari, "Avro-dizel"-2, 02 lari.

Avqustun 17-dən  başlayaraq, Wissol Petrolium Georgia şirkəti də benzinin satışını 5 tetri aşağı endirib.

Şərhlər