Qaz qəbulu artıb - Ruslan Əliyev

14.01.2022 12:02     Ecoreaksiya     439

"Ötən il 7,52 milyon kubmetr qaz qəbul edilib. Bu, 2020-ci illə müqayisədə 774 milyon kubmetr çox deməkdir". 

Reaksiya.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyasında deyib. 

O bildirib ki, qaz qəbulunun 5,43 milyon kubmetri əhali qrupu, 2,7 milyon kubmetri isə sənaye qrupu üzrə olub: "2021-ci ildə qaz itkisi ümumi olaraq 7,4% olub. 2021-ci ildə 2 milyon 442 min abonent qeydiyyata alınıb. 2022-ci ildə artıq 2 milyon 400 mininci abonent qeydiyyatdan keçib".

Reaksiya.az

Şərhlər