"Azəriqaz" satdığı qazın pulunu tam yığa bilməyib

14.01.2022 12:47     Ecoreaksiya     418

Ötən il Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) üzrə yığım göstəriciləri 96% təşkil edib.

Bunu qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

"Nəzərə alsaq ki, ötən ilin dekabr ayının son sayğac göstəricisi bu il yanvar ayının 15-dən sonra məlum olacaq, bu, pis rəqəm deyil", - deyə o, əlavə edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar