BMT: Bu il Azərbaycan iqtisadiyyatı 4 faiz böyüyəcək
17.01.2022 14:01 Ecoreaksiya 393
"Ötən il ümumi daxili məhsul əvvəlki il ilə müqayisədə 5.6 faiz artaraq 92 milyard 857 milyon manata çatıb. Bu o deməkdir ki, müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanda 90 milyard manatdan çox ÜDM istehsal olunub”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Dövlət Statistika Komitəsinin 2021-ci ilin iqtisadi yekunları ilə bağlı açıqlamasından danışarkən deyib. O bildirib ki, rəsmi statistikaya görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb:
"Bu isə ötən ilki artımın daha çox qeyri-neft sektoru hesabına baş verdiyindən xəbər verir. ÜDM istehsalında sənaye yenə öndədir: 42,5 %. Digər sektorların payı belədir: 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşür. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib”.
Deputat vurğulayıb ki, 2022-ci ildə də həm Azərbaycan hökuməti, həm də beynəlxalq qurumlar ölkəmizdə iqtisadiyyatın artacağını proqnozlaşdırır:
"BMT bu il Azərbaycan iqtisadiyyatının 4 faiz böyüyəcəyi qənaətindədir”.
Şərhlər