Bahalaşma bazis qiymətlərindəki artımlar hesabına güclənib
20.01.2022 13:48 Ecoreaksiya 448
Azərbaycanda ötən il ortaillik inflyasiya 6,7 faiz olub. Rəsmi məlumatlar göstərir ki, bahalaşmaya ən güclü təsiri bazis qiymətlərindəki artım göstərib.
Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan istehlak qiymətləri indeksi 2021-ci ilin dekabr ayında noyabr ayı ilə müqayisədə 1,1 faiz, 2021-ci ildə əvvəlki illə müqayisədə isə 4,2 faiz yüksəlib.
Buradan aydın olur ki, ötən il qiymət artımlarının 63 faizi uzunmüddətli təsirlərdən qaynaqlanıb və ciddi antiinflyasiya tədbirləri görülməyəcəyi təqdirdə qiymətlərin tezliklə enməsi gözlənilmir.
Şərhlər