Neftin qiyməti qısa müddətlik 30 dollar səviyyəsinə enə bilər

20.08.2015 00:34     Ecoreaksiya     2026

Yaxın 3 il ərzində neftin qiyməti 50-70 dollar intervalında dəyişəcək.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının baş nazirinin müavini Arkadi Dvorkoviç "Rusiya 24" telekanalının efirində deyib.

 

Buna baxmayaraq, A. Dvorkoviç bildirib ki, "qara qızıl"ın qiyməti qısa müddətlik 30-35 dollar səviyyəsinə enə bilər.


"Düşünürəm ki, nəticə etibarilə, neftin bir barelinin dəyəri 50-70 dollar intervalında dəyişəcək", - deyə baş nazirinin müavini qeyd edib.

 

Şərhlər