“Açıq mikrofon” aksiyası bu dəfə Saatlıda
14.02.2022 12:52 Ecoreaksiya 498
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Saatlı rayonunun Naharlı kəndində təşkil olunacaq.
“Azəriqaz”dan Reaksiya.az-a verilən məlumata görə, fevralın 15-i saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.
Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Şərhlər