“Azəriqaz” sahibkarlarla növbəti görüşü Qaradağda keçirəcək

22.03.2022 12:44     Ecoreaksiya     412

 

“Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Qaradağ rayonunda təşkil olunacaq.
 
Reaksiya.az xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Qaradağ rayonu, Lökbatan qəsəbəsində (Ə.Əmirov adına Mədəniyyət Sarayının həyəti) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
 
 
Səyyar qəbul otağı” martın 23-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
 
 

Reaksiya.az


Reaksiya.az


Şərhlər

Çox oxunanlar