Qızıl 10 dollara yaxın bahalaşdı

20.08.2015 09:26     Ecoreaksiya     2305

Amerika fond bazarında Dow Jones indeksi 0,93% - 17 348,73 bəndədək, NASDAQ 0,80% - 5 019,05 bəndədək, S&P 500 0,83% - 2 079,61 bəndədək azalıb.

Reaksiya.az xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,88% - 6 403,45 bəndədək, Fransa CAC-40-ı 1,75% - 4 884,10 bəndədək, Almaniya DAX-ı isə 2,14% - 10 682,15 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 9,50 dollar artaraq 1 137,40 dollara, gümüş isə 0,18 dollar artaraq 15,36 dollara satılıb.

 

Şərhlər