Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği ARTDI

11.04.2022 12:55     Ecoreaksiya     425

Orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği artıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin mart ayında orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artaraq 246,5 manatdan 298,9 manata çatıb.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2% artım deməkdir.

Reaksiya.az

Şərhlər