Yasamalda bu evin eyvanı sökülür
20.08.2015 12:50 Ecoreaksiya 3018
Bakıda Yasamal rayunu, A.Ağayev küçəsi,1-də yerləşən binanın eyvanları sökülür.
Bu haqda məlumatı Reaksiya.az-ın əməkdaşı yayıb.
Onun ərazidə çalışan içşilərdən aldığı məlumata görə, hazırda bu küçənin qarşısında yeni yol inşa edilir: “Yol Bakının Baş Planına uyğun həyata keçirilir. Bu yolun inşasından sonra sürücülər rahat şəkildə Vergilər Nazirliyinin yanından Nəriman Nərimanov heykəlinə doğru gedəcəklər. Nəticədə Hüseyn Cavid və Parlament prospektlərində olan nəqliyyat yükü xeyli azalacaq. Həm də dövlət tərdbirləri zamanı Şəhidlər və Fəxri Xiyabana doğru gedən yollar bağlı olduğundan sürücülər “İçəşəhər” metrosuna gedərkən Mikayıl Müşfiq küçəsilə gedirdilər. Bu isə böyük tıxaca gətirib çıxarırdı. İndi isə bu problem tam aradan qaldırılacaq”.
Qeyd edək ki, adı çəkilən binanın fasadının yenilənməsi də birbaşa yeni yolun inşası ilə bağlıdır. Bunu ərazidə olan rəsmilər də təsdiq edib.
Şərhlər