Səudiyyə Ərəbistanı Asiya və Avropa üçün neftin qiymətini artırıb
06.06.2022 12:23 Ecoreaksiya 432
Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft-qaz şirkəti Asiya və Şimali Avropa və Aralıq dənizi hövzəsindən olan alıcılar üçün iyul ayı üçün "Arab Light" markalı neftinin qiymətini artırıb.
Bu barədə "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, Asiya üçün "Arab Light" markalı neftin bir barelinin qiyməti 2,1 ABŞ dolları, Şimal Avropa və Aralıq dənizi hövzəsi ölkələri üçün isə müvafiq olaraq 2,2 və 2 dollar artırılıb.
Məlumata görə, ABŞ üçün "Arab Light" markalı neftin qiyməti dəyişməyib
Şərhlər