Neftin qiyməti düşdü, qızıl isə bahalaşdı

21.08.2015 09:19     Ecoreaksiya     2731

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,49 dollar azalaraq 40,83 dollar təşkil edib.

Reaksiya.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,51 dollar ucuzlaşaraq 46,11 dollar olub.

Neftdən fərqli olaraq qızılın qiymətində artım müşahidə olunub. Amerika fond bazarında Dow Jones indeksi 2,06% - 16 990,69 bəndədək, NASDAQ 2,82% - 4 877,49 bəndədək, S&P 500 2,11% - 2 035,73 bəndədək azalıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,56% - 6 367,89 bəndədək, Fransa CAC-40-ı 2,06% - 4 783,55 bəndədək, Almaniya DAX-ı isə 2,34% - 10 432,19 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 10,40 dollar artaraq 1 163,60 dollara, gümüş isə 0,05 dollar artaraq 15,57 dollara satılıb.

 

Şərhlər