Azərbaycanda milli valyuta üzərində təzyiqin azalmasına nə səbəb olub?

28.07.2022 12:45     Ecoreaksiya     552

Ötən ilin analoji dövrü ilə müqayisədə 2022-ci ilin birinci yarımilində “Azeri Light” markalı neftin qiymətinin 68 %, qeyri-neft-qaz məhsullarının ixrac həcmlərinin 25,4 % artması yerli bazarda valyuta təklifinin artmasına və manat üzərində təzyiqin azalmasına səbəb olub.

“Report” xəbər verir ki, bunu Rusiyanın "Qazprombank"ın Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

Həftəlik hərraclarda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta satışı həcmlərinin azalması da bunu təsdiq edir. Məsələn, iyulun 26-sı keçirilmiş hərracda xarici valyuta satışı həcmi 15,8 milyon ABŞ dolları təşkil edib, bu isə büdcə xərclərinin ən yüksək səviyyədə olduğu 2021-ci ilin dördüncü rübündə qeydə alınmış orta səviyyədən 5,4 dəfə azdır. Bu, beynəlxalq ehtiyatları artırmaq üçün şərait yaradır və monetar siyasəti sərtləşdirmədən valyuta bazarında balansı dəstəkləyir”, - G. Xaydarşina bildirib.

Onun sözlərinə görə, valyuta bazarında vəziyyət sabitdir, hərraclarda ARDNF-ın valyuta satışı həcmi yaxın keçmişdə qeydə alınmış minimumlara yaxındır.

“20 aprel tarixli “Azərbaycan: xarici risklər fonunda iqtisadiyyatın regional əhəmiyyətinin artması” adlı hesabatımızda qeyd etdiyimiz kimi xarici geosiyası risklərin kəskinləşməsi fonunda Azərbaycan karbohidrogen qiymətlərinin yüksək olmasından faydalanan tərəfdir.

Məəsələn, SOCAR-ın məlumatlarına görə, 2022-ci ilin birinci yarımilində “Azeri Light” markalı neftin qiyməti orta hesabla 110 ABŞ dolları olub ki, bu da illik ifadədə 68 % yüksəkdir. Bundan başqa, qeyri-neft-qaz məhsullarının ixracı illik ifadədə 25,4 % artaraq 1,5 milyard ABŞ dollarına çatıb”, - "Qazprombank"ın iqtisadçısı vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar