ABŞ Bakıya sanksiya tətbiq edə bilərmi?
19.09.2022 14:36 Ecoreaksiya 561
ABŞ-ın Azərbaycana sanksiya tətbiq etməsi cəfəngiyyatdır. Çünki Azərbaycanın Avropa Birliyi ilə yeni qaz sazişi imzaladığı bir dövrdə hansısa sanksiyaların tətbiq edilməsi ehtimalı sıfırdır.
Bu sözləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli ABŞ nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvanda Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatları şərh edərkən deyib.
“Nensi Pelosinin Ermənistana səfərinə çox böyük önəm verməyə ehtiyac yoxdur. Çünki onun vəzifəsini tamamlamasına 2 ay qalıb. Seçkilərdən sonra çox böyük ehtimalla o, daha ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri olmayacaq. Onun siyasi karyerasının sonunu yaşadığını, həm yaşını, həm də respublikaçıların sorğulardakı böyük üstünlüyünü nəzərə alsaq, Pelosinin Ermənistana səfəri son siyasi dvidentlərini qazanmaq məqsədi daşıyırdı. Ona görə də bu səfəri ciddi qarşılamaq o qədər də doğru deyil. Azərbaycan haqqlı olaraq diplomatik dillə və XİN xətti ilə buna cavab verdi”, - N.Cəfərli bildirib.
Şərhlər